19 
May
2021
15:42
21
92
5474
Virtual karabakh

Aİ “yaşıl sertifikat” tətbiq edir: Avropaya kimlər buraxılacaq?

19 May, 2021
15:42
5474

Aİ “yaşıl sertifikat” tətbiq edir: Avropaya kimlər buraxılacaq?

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Mayın 25-də Avropa İttifaqının sammitində koronavirusa qarşı Avropada tanınan peyvənd sertifikatının (“yaşıl sertifikat”) tətbiqi məsələsi müzakirə ediləcək. Bu, turizmə necə təsir edəcək? Postsovet ölkələrindən olan turistlər, hansı ki, vətəndaşları müxtəlif peyvəndlərlə vaksinasiyadan keçib, Avropaya səfər edə biləcəklərmi? Bu diskriminasiya sayılmır?

Caliber.Az bu barədə Rusiya Turist Sənayesi Birliyinin vitse-prezidenti, “TURPOMOŞ” (“Turizm sahəsində turoperatorlar birliyi”) Assosiasiyasının direktoru Aleksandr Osaulenko ilə danışıb:

O, koronavirus peyvəndi sertifikatının tətbiqi ilə bağlı tədbiri ən azı yerli, lokal turizmin dirçəlişi istiqamətində ilk addım kimi nəzərdən keçirməyi tövsiyə edib.

“Əksər Avropa ölkələrinin ÜDM-i turizmdən asılıdır, turizm yönümlüdür. Bunlar, həm Fransa, həm İtaliya, həm də İspanya və Şərqi Avropa dövlətləridir. Bir yerdən başlanmalıdır”, - deyə o, bildirib.

Birliyin vitse-prezidentinin sözlərinə görə, “yaşıl sertifikatlar”ın tətbiqi Avropa İttifaqı daxilində turizmin dirçəldilməsinə yönəlib.

“Aİ-nin kateqoriyaya görə məhdudiyyətləri - qırmızı zona, sarı zona və s. qüvvədə qalır. Beləliklə, Aİ xaricindəki dövlətlərin nümayəndələri əvvəlki qaydalara tabedir: PZR testləri, uçuşdan sonra karantin müddəti və s. lazımdır”, - deyə Osaulenko vurğulayıb.

Bizimlə əlaqə saxlayın

Digər Turizm xəbərləri