20 
May
2021
22:45
182
102
5813
Virtual karabakh

ÜST-ün təsdiqlədiyi vaksinləri vurduranların Avropaya girişinə icazə veriləcək

20 May, 2021
22:45
5813

ÜST-ün təsdiqlədiyi vaksinləri vurduranların Avropaya girişinə icazə veriləcək

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Avropa İttifaqı şurası Avropa Komissiyasının turistlərin gəlişi ilə bağlı tövsiyələrini təsdiqləyib.

TASS bu barədə İttifaqın Brüsseldə yayımlanan açıqlamasına istinadla məlumat yayır.

Bildirilir ki, Avropa Dərman Agentliyi (EMA) və ya ÜST tərəfindən təcili istifadə üçün təsdiqlənmiş dərmanlarla vaksinasiya olunan turistlərin Avropaya girişinə icazə veriləcək:

“Gəlişindən ən az 14 gün əvvəl EMA tərəfindən təsdiqlənmiş peyvəndi vurduran, üçüncü ölkələrdən gələn səyahətçilər üçün vacib olmayan səyahət məhdudiyyətləri prinsipcə ləğv edilməlidir”.

Eyni zamanda, qeyd edilir ki, Avropa İttifaqı sərhədlərini bir ölkənin vətəndaşlarına açarsa, həmin ölkə də qarşılıqlı cavab verməlidir, yəni avropalı turistlərin ərazisinə girişinə icazə verməlidir.

Bizimlə əlaqə saxlayın

Digər Turizm xəbərləri