İyn
2021
02:43
56
283
7357
Virtual karabakh

Rusiyada miqrantlar üçün qaydalar çətinləşdirilib

8 İyn, 2021
02:43
7357

Rusiyada miqrantlar üçün qaydalar çətinləşdirilib

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Rusiyada miqrantlar üçün yeni qaydalar qüvvəyə minib.

Bu barədə “RİA Novosti” xəbər yayıb.

Məlumata görə, rus dili, Rusiya tarixi və qanunları barədə məlumat sertifikatı (icbari imtahandan keçdikdən sonra veriləcək) 3 il müddətində qüvvədə olacaq.

Rusiyada yaşamaq icazəsi almaq istəyənlər üçün sertifikat müddətsizdir, lakin yaşayış icazəsi ləğv edilərsə, sertifikat da ləğv ediləcək.

Rus dili imtahanı zamanı əmək miqrantları polisə, poliklinikaya rus dilində müraciət etmək və iş görüşməsindən müvəffəqiyyətlə keçmək (həm şifahi, həm də yazılı) qabiliyyətini təsdiqləməlidirlər.

Bundan başqa, yaşayış icazəsi və ya müvəqqəti yaşamaq icazəsi almaq istəyənlər üçün rus dili imtahanının tələbləri çətinləşdirilib.

Rusiya qanunvericiliyi ilə bağlı imtahanda əcnəbilər əsas hüquq və vəzifələrini, miqrasiya qanununun qaydalarının və pozuntuların nəticələrini (xəbərdarlıq, cəza və ya deportasiya) bildiklərini təsdiqləməlidirlər.

Miqrantlar həmçinin yaşamaq izni almaq üçün Rusiyanın konstitusiya sisteminin əsasları, əmək, mülki və ailə qanunvericiliyinin əsas prinsipləri barədə məlumatlı olduğunu göstərməlidirlər.

Bizimlə əlaqə saxlayın

Digər Turizm xəbərləri