İyl
2021
13:16
243
45
6386
Virtual karabakh

Rusiyanın 37 şəhərindən Bakı və Gəncəyə uçuşlar həyata keçiriləcək

6 İyl, 2021
13:16
6386

Rusiyanın 37 şəhərindən Bakı və Gəncəyə uçuşlar həyata keçiriləcək

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Rusiyanın “S7 Airlines” aviaşirkətinə Rusiyanın ümumilikdə 37 şəhərindən Bakı və Gəncəyə uçuşlar həyata keçirmək üçün “Rosaviatsia”dan icazə verilib.

Bu barədə “İnterfaks” xəbər yayır.

Hava yolu şirkəti xüsusilə, Rusiya Federasiyasının 14 şəhərindən (Orenburq, Vladikavkaz, Nalçik, Rostov-Don, Saratov, Voronej, Nijni Novqorod, Omsk, Çelyabinsk, Perm, Yekaterinburq, Soçi, Mahaçqala, Jukovski hava limanı (Moskva vilayəti) Bakıya həftədə üç dəfə uçuşlar həyata keçirməyi planlaşdırır.

“S7 Airlines” həmçinin 23 şəhərdən (Novosibirsk, Samara, Ufa, Kazan, Kemerovo, Krasnoyarsk, Krasnodar, Minvodı, Volqoqrad, Həştərxan, Vladikavkaz, Nalçik, Rostov, Saratov, Voronej, Nijni Novqorod, Omsk, Çelyabinsk, Perm, Yekaterinburq, Soçi, Mahaçqala, Jukovski hava limanı) Gəncəyə həftədə 3 dəfə uçuşlar tətbiq edəcək.

Bundan əlavə, “Royal Flight” aviaşirkəti “Rosaviatsiya”dan üç şəhərdən (Rostov-Don, Krasnodar və Soçi) ​​hər həftədə 2 dəfə olmaqla Bakıya uçuşlar üçün icazə alıb.

Bizimlə əlaqə saxlayın

Digər Turizm xəbərləri