14 
İyl
2021
07:11
13
144
10154
Virtual karabakh

Planet üçün ən təhlükəli şəhərlər açıqlanıb - SİYAHI

14 İyl, 2021
07:11
10154

Planet üçün ən təhlükəli şəhərlər açıqlanıb - SİYAHI

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Çinli alimlər istixana qazlarının ən böyük mənbələrinin siyahısını hazırlayıb. Planet üçün ən təhlükəli 25 şəhər arasında Moskva, Pekin və Tokyo var.

“Reuters”in məlumatına görə, tədqiqat nəticələri “Frontiers” elmi portalında dərc edilib.

Mütəxəssislər 53 ölkədən 167 şəhərdə istixana qazı tullantıları ilə bağlı məlumatları müqayisə ediblər. Emissiya üzrə siyahıda ilk sırada Çin (Pekin, Şanxay və Handan daxil olmaqla 23 şəhəri) qərarlaşıb. Məlum olub ki, Çinin meqapolisləri Moskva (Rusiya) və Tokyo (Yaponiya) ilə birlikdə dünya tullantılarının 52 faizini istehsal edir.

İnkişaf etmiş ölkələrdən 68 şəhər tullantıların tam azaldılmasına nail olmaq istəyir. Mütəxəssislər bunlardan 42-sini araşdırıb və yalnız 30-nun (Avropa və ABŞ-da) tullantıların səviyyəsini azaltmağa müvəffəq olduğunu müəyyən edib.

Bununla belə, araşdırmaçılar emissiya hesabatlarının fərqli dövrlərdə təqdim edildiyi üçün tədqiqat məlumatlarının səhv ola biləcəyini vurğulayıblar.

Bizimlə əlaqə saxlayın

Digər Turizm xəbərləri