14 
Avq
2021
22:52
487
43
4073
Virtual karabakh

BƏƏ aviaşirkəti Abu Dabidən Bakıya birbaşa uçuşlara başlayıb - FOTO

14 Avq, 2021
22:52
4073

BƏƏ aviaşirkəti Abu Dabidən Bakıya birbaşa uçuşlara başlayıb - FOTO

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

BƏƏ-yə məxsus “Wizz Air Abu Dhabi” aviaşirkəti Abu-Dabi – Bakı – Abu-Dabi istiqamətində aviareyslərə başlayıb.

Oxu.Az xəbər verir ki, aviaşirkət bu gün Bakıya ilk aviareysini həyata keçirib.

Yeni marşrutun açılması ilə aviaşirkətin uçuş istiqamətlərinin sayı 29-a çatacaq.

Biletlər “wizzair.com” saytında və aviaşirkətin mobil tətbiqetməsində satılır.

Bakıya uçuşlar həftənin iki günü – çərşənbə axşamı və şənbə günləri həyata keçiriləcək.

Xatırladaq ki, “Wizz Air Abu Dhabi” aviaşirkəti ən aşağı yanacaq sərfiyyatı, tullantı və səs göstəricilərinə malik ən müasir dörd “Airbus A321neo” təyyarəsindən ibarət ən gənc hava donanmasına malikdir.

FOTO: Firudin Səlimov

Bizimlə əlaqə saxlayın

Digər Turizm xəbərləri