Sen
2021
16:08
284
17
4609
Virtual karabakh

AZAL Ermənistan üzərindən uçuşlar həyata keçirmir - AÇIQLAMA + FOTO

8 Sen, 2021
16:08
4609

AZAL Ermənistan üzərindən uçuşlar həyata keçirmir - AÇIQLAMA + FOTO

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

“Turkish Airlines”in Naxçıvan-Gəncə reysi Beynəlxalq Mülki Aviasiya Təşkilatı (ICAO) tərəfindən təsdiq edilmiş və Ermənistanın uzun müddət istifadə olunan hava məkanı üzərindən hava yolları ilə həyata keçirilib.

Bu barədən AZAL-dan Oxu.Az-ın sorğusuna cavab olaraq bildirilib.  

Qeyd edək ki, xarici aviaşirkətlər də ICAO tərəfindən təsdiq edilmiş beynəlxalq hava marşrutları üzrə Azərbaycanın hava məkanı vasitəsilə Ermənistan aeroportlarına və aeroportlarından uçuşlar həyata keçirirlər. Yəni Azərbaycanın hava məkanı vasitəsilə Ermənistan aeroportlarına uçuşlar üçün kommersiya aviasiya uçuşlarında heç bir məhdudiyyət yoxdur.

Bundan başqa, Azərbaycan və Ermənistan arasında münaqişə və qarşılıqlı maliyyə hesabatlarının olmaması səbəbindən AZAL Ermənistan hava məkanından keçən beynəlxalq hava yolları ilə uçuşlar həyata keçirmir.

Daha əvvəl mətbuatda Ermənistanın hava məkanından Gəncə-Naxçıvan reysi (“Turkish Airlines”a məxsus “Boeing-737” təyyarəsi) həyata keçirildiyi barədə məlumat yayılıb. “Flight Radar” təyyarənin marşrutunun Göyçə gölü (Sevan) və Ermənistanın Geqarkunik vilayəti üzərindən keçdiyini qeydə alıb. İddiaya görə, bu son 30 ildə Azərbaycandan Ermənistan hava məkanından istifadə etməklə həyata keçirilən ilk uçuş olub. 

Bizimlə əlaqə saxlayın

Digər Turizm xəbərləri