16 
Sen
2021
04:00
214
22
5791
Virtual karabakh

Səmada müşahidə olunan anomal buludlar hər kəsi heyran qoydu - FOTO

İslandiyalı fotoqraf və səyyah Hördur Kristlayfsen səmada şahidi olduğu qeyri-adi fenomenin görüntüləri ilə sosial şəbəkə istifadəçilərini təəccübləndirib.

Qeyd olunur ki, belə bir təbii fenomen çox nadir hallarda və yalnız Arktika bölgəsində qışda və gün batanda müşahidə edilə bilər.

Kristlayfsenin sözlərinə görə, bu buludlar Yer səviyyəsindən 15-30 kilometr yüksəkliklərdə, -70 və -90 dərəcə temperatur dəyişikliyi olarkən yaranıb.

Paylaşım internet istifadəçiləri arasında heyranlıq və təəccüb doğurub.

Qeyd edək ki, bloqer bundan əvvəl möhtəşəm video xatirinə İslandiyadakı Faqradalsfyadl  vulkanının ağzında pilotsuz təyyarəni yandırmışdı.

Bizimlə əlaqə saxlayın

Digər Turizm xəbərləri