29 
Sen
2021
19:27
419
17
6907
Virtual karabakh

Daha bir ölkədə koronavirus məhdudiyyətləri qaldırıldı

29 Sen, 2021
19:27
6907

Daha bir ölkədə koronavirus məhdudiyyətləri qaldırıldı

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

İsveçdə koronavirus pandemiyası ilə əlaqədar demək olar ki, əvvəllər tətbiq edilən bütün məhdudiyyətlər qaldırılır.

Həm daxili, həm də açıq havada kütləvi tədbirlərə qatılanların sayına qoyulan məhdudiyyətlər bu gündən tamamilə ləğv edilir.

Artıq COVID-19 pasportuna da ehtiyac yoxdur. Peyvənd olunmayanlar hələ də sosial məsafəni qorumağa və böyük yığıncaqlardan çəkinməyə çağırılır.

Restoranlardakı məhdudiyyətlər, məsələn, masalar arasındakı məsafə və insanların sayının maksimum olması kimi tələblər də aradan qaldırılır. Yenə gecə klublarında rəqs etmək mümkün olacaq.

COVID-19 simptomları görünən ölkə sakinlərindən evdə qalmaları və test etdirmələri xahiş olunur.

İsveçdə 16 yaşdan yuxarı əhalinin 83,6 %-i azı bir doza COVID-19 peyvəndi vurdurub.

Mənbə: TASS

Bizimlə əlaqə saxlayın

Digər Dünya xəbərləri