11 
Noy
2021
04:28
135
30
2792
Virtual karabakh

Dağıstanın qədim Çox aulunda turizm kompleksi açılacaq - FOTO

11 Noy, 2021
04:28
2792

Dağıstanın qədim Çox aulunda turizm kompleksi açılacaq - FOTO

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Dağıstanın qədim Çox aulunda (Qunib rayonu) bütün mövsümlük “Çox-Rosso” turizm kompleksi açılacaq. 

Bu barədə respublikanın turizm və xalq sənətləri üzrə regional naziri vəzifəsini icra edən Emin Mərdanov xəbər verib.

Onun sözlərinə görə, layihə üzrə işlər yekun mərhələdədir, onların 2022-ci ilin əvvəlində başa çatdırılması planlaşdırılır.

Dağıstanın ən qədim yaşayış məntəqələrindən biri sayılan aulda hotel, bunqalo, kottec, hamam kompleksi, 100 avtomobillik dayanacaq və helikopter meydançası olacaq.

Nazirlikdən bildirilib ki, yeni bütün mövsümlük kompleks səyahətçilərin maarifləndirici, etnomədəni, ekstremal və ekoloji turizm sahəsində marağını təmin edəcək.

Bizimlə əlaqə saxlayın

Digər Turizm xəbərləri