Dek
2021
04:00
23
111
1497
Virtual karabakh

Avstraliyada cərimələr artırıldı, səyyahlar üçün qaydalar dəyişdi

2 Dek, 2021
04:00
1497

Avstraliyada cərimələr artırıldı, səyyahlar üçün qaydalar dəyişdi

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Avstraliyanın Yeni Cənubi Uels əyalətinin hakimiyyət orqanları koronavirusun “Omikron” variantının yayılması fonunda sanitar norma və tələblərin pozulmasına görə cərimələri artırıb.

Bu barədə regional səhiyyə nazirliyi məlumat yayıb.

Departamentdən verilən məlumata görə, 2021-ci il dekabrın 1-dən karantin qaydalarının pozulmasına və ya testdən imtinaya görə cərimənin məbləği 1000 Avstraliya dollarından (1,2 min manat) 5 min Avstraliya dollarına (6 min manat) qədər artırılıb. Sanitariya tələblərini pozan təşkilat və müəssisələrin cəriməsi 5 min Avstraliya dollarından 10 min Avstraliya dollarına (12,1 min dollar) qədər artırılıb.

Həmçinin xaricdən gələn vətəndaşlar üçün də qaydalar sərtləşdirilib. Dekabrın 1-dən səyyahlar Avstraliyaya daxil olduqdan sonra 72 saat təcrid olunmalı, həmçinin ölkədə olduqları birinci və altıncı günlərdə COVID-19 testindən keçməlidirlər. Afrikanın doqquz ölkəsindən (Botsvana, Zimbabve, Lesoto, Malavi, Mozambik, Namibiya, Seyşel adaları, Esvatini və Cənubi Afrika Respublikası) Avstraliyaya daxil olan bütün səyyahlar Hovard Springsdəki (Şimali Ərazi) Dövlət təcridxanasında iki həftəlik karantinə məruz qalacaqlar.

Mənbə: TASS

Bizimlə əlaqə saxlayın

Digər Turizm xəbərləri