Dek
2021
13:08
73
34
1847
Virtual karabakh

Səkinə Əsgərova: “Turizm bələdçilərinin əldə edəcəkləri sənəd yenilənməlidir”

7 Dek, 2021
13:08
1847

Səkinə Əsgərova: “Turizm bələdçilərinin əldə edəcəkləri sənəd yenilənməlidir”

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

“Turizm bələdçilərinin əldə edəcəkləri sənəd üç ildən az, beş ildən çox olmayaraq yenilənməlidir”.

Oxu.Az xəbər verir ki, bunu Azərbaycan Turizm bələdçilərinin sertifikatlaşdırılması orqanının keyfiyyət üzrə meneceri Səkinə Əsgərova deyib.

O bildirib ki, ilkin və təkrar sertifikatlaşdırma mövcuddur və bələdçinin fəaliyyəti ilə bağlı burada məhdudlaşdırma mütərəqqi xarakter daşıyır:

“Turizm bələdçisi tərəfindən ölkə haqqında çatdırılan informasiyanın nə qədər dolğun və düzgün olduğunu araşdırmağa ehtiyac var. Biz sadəcə qiymətləndirmə aparırıq”.

Azərbaycan Turizm Bələdçiləri Assosiasiyasının Baş katibi Tural Musayev əlavə edib ki, sertifikatlaşdırmanın məbləği ilə bağlı rəqəm artıq məlumdur:

“Bu böyük bir məbləğ deyil. 200-500 manat çərçivəsindədir. Ola bilər ki, daha da az olsun.

Potensial olaraq ölkə üzrə 300 nəfər turizm bələdçisi var. Növbəti il 100 turizm bələdçisi gözlənilir. Prosesə yanvar ayından başlanılması gözlənilir”.

Nigar Məmmədova

Bizimlə əlaqə saxlayın

Digər Turizm xəbərləri