10 
Dek
2021
16:52
102
37
1318
Virtual karabakh

Hotellərin altı ay ərzində ulduz kateqoriyası əldə etməsi tələb olunacaq

10 Dek, 2021
16:52
1318

Hotellərin altı ay ərzində ulduz kateqoriyası əldə etməsi tələb olunacaq

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Azərbaycan ərazisində fəaliyyət göstərən hər bir mehmanxana (hotel) fəaliyyətə başladığı tarixdən altı ay ərzində ulduz kateqoriyası əldə etməlidir.

APA-nın məlumatına görə, bu, “Turizm haqqında” qanun layihəsində əksini tapıb.

Layihəyə əsasən, mehmanxanaların (hotellərin) ulduz kateqoriyalarının müəyyən edilməsi akkreditasiya edilmiş uyğunluğu qiymətləndirən qurumlar tərəfindən müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) müəyyən etdiyi mehmanxanaların (hotellərin) ulduz kateqoriyaları üzrə qiymətləndirmə meyarları əsasında həyata keçiriləcək.

Qeyd edək ki, qanun layihəsinə əsasən mehmanxana (hotel) qəbul-qeydiyyat bölməsi olan, sanitar qovşağa malik otaqlarda yerləşmə, gündə azı bir dəfə qidalanma və digər əlavə xidmətlər göstərən, nömrə fondunun tutumu azı 11 olan yerləşmə vasitəsidir.

Bizimlə əlaqə saxlayın

Digər Turizm xəbərləri