Yan
2022
16:27
17
294
2800
Virtual karabakh

Ölkəmizdə qış turizm mərkəzlərində istirahət əlverişlidir? - AÇIQLAMA

3 Yan, 2022
16:27
2800

Ölkəmizdə qış turizm mərkəzlərində istirahət əlverişlidir? - AÇIQLAMA

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

“Azərbaycanda qış turizm mərkəzlərində qiymətlər müəyyən qədər əlçatandır. Lakin tələbatın yüksək olduğu dövrlərdə, o cümlədən bayram günləri və həftəsonları müəyyən qədər bahalaşma ola bilər”.

Bunu Trend-ə açıqlamasında turizm sahəsi üzrə ekspert Ceyhun Aşurov deyib.

Onun sözlərinə görə, qış turizmi təkcə sürüşmək, kanatla gəzmək deyil, eyni zamanda təbiəti hiss etmək, dağ rayonlarında qar görmək və s. bu turizm növünün elementləridir.

“Düzdür, beş ulduz səviyyəsində, müəyyən müasir standartlara cavab verən qış təsisatlarımızda istirahətin hər kəs üçün əlçatan olduğunu deyə bilmərik. Amma yenə də qiymətlərin çox da baha və şişirdilmiş olmadığını görürük. Qar görmək, qışda təbiəti seyr etmək üçün regionlara sadə səfərlər də etmək olar. Xüsusən, regionlarda yerləşən hotellərdə müqayisəli qiymətlər tapmaq mümkündür. Çünki qışda yay mövsümü ilə müqayisədə səfərlərin sayı o qədər də çox olmur. Bəzi regionlarda qalmaq üçün individual şərait var, vətəndaşlar şəxsi evlərini icarəyə verirlər. Dediyim kimi xarici ölkələrlə müqayisə etdikdə qiymətlərin o qədər də yüksək olmadığını görürük. Ümumdünya Turizm Təşkilatının məlumatına görə, əgər 2019-cu ildə adambaşına düşən turizm xərcləri 1000-1300 dollar idisə, 2021-ci ildə bu rəqəm 1500 dollar ətrafındadır. Bu da uçuş və xidmət sahələrində qiymətlərin artması, koronavirus testləri kimi əlavə xərclərin ortaya çıxması ilə əlaqədardır”, - deyə ekspert bildirib.

Qeyd edək ki, hazırda ölkədə üç qış turizm mərkəzi fəaliyyət göstərir. Bunlar Şahdağ, Tufandağ və Naxçıvan Muxtar Respublikasında yerləşən Ağbulaq qış istirahət mərkəzləridir.

Bizimlə əlaqə saxlayın

Digər Turizm xəbərləri