14 
Yan
2022
13:50
28
280
2464
Virtual karabakh

Tehranda “Ecotour İrəvan” şirkətinə işçi qəbul edilir - FOTO

14 Yan, 2022
13:50
2464

Tehranda “Ecotour İrəvan” şirkətinə işçi qəbul edilir - FOTO

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

“Ecotour İrəvan” şirkəti Tehranda işçi qəbuluna başlayıb.

“Azad İran” “Telegram” kanalı xəbər verir ki, “Əndişməndan-e tiz elm” (Ecotour İrəvan) şirkəti Tehran vilayətində kadr heyətini tamamlamaq üçün müəyyən tələblərə cavab verən şəxsləri 3.5-6 milyon tümən (140-240 manat) məbləğində maaşla işə dəvət edib.

Yayılan məlumatda bildirilir ki, şirkət işə cəlb edəcəyi əməkdaşların nəzarət edəcəyi sahələri də müəyyənləşdirib.

Belə ki, onlar şirkətin sosial media hesablarını idarə edilməsi, abituriyentlərin qəbulu və xaricə göndərilməsi ilə bağlı məsləhətlərin verilməsi, Ermənistanda IELTS imtahanı və fransız, alman dilləri imtahanlarının keçirilməsi, eyni zamanda Ermənistanda yaşayış və investisiya məsələlərinin həllinə dəstək göstərməsi, Ermənistan, Gürcüstan, Rusiya və Türkiyədə xüsusi turlar təşkil edilməsi məsələlərinə nəzarət edəcəklər.  

 

Bizimlə əlaqə saxlayın

Digər Dünya xəbərləri