20 
Yan
2022
17:16
297
32
7427
Virtual karabakh

Türkiyədə vətəndaşlara xəbərdarlıq: “Evdən çıxmayın”

20 Yan, 2022
17:16
7427

Türkiyədə vətəndaşlara xəbərdarlıq: “Evdən çıxmayın”

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Türkiyənin demək olar ki, bütün ərazisində güclü qar həyatı iflic edib.

Hidrometeorologiya İdarəsi qarın gələn həftə də yağacağı barədə məlumat yayıb.

Bingöl, Bolu, Mardin, Sakarya, Artvin və Düzcedə qar səbəbindən 1 130 kəndlə əlaqə kəsilib.

Sinopda valiliyin vətəndaşlara xəbərdarlığı diqqət çəkib. Güclü qar səbəbilə vilayət, rayon və kəndlərdə vətəndaşlardan evdən çıxmamaları istənilib.

“Xahiş edirik, diqqətli olun. Şəhərimizə, vilayət, rayon və kəndlərimizə təsir edən güclü qar yağması səbəbi ilə təhlükəsizliklə bağlı fövqəladə hallar istisna olmaqla, vətəndaşlarımızdan zərurət olmadıqca küçəyə çıxmamalarını şiddətlə xahiş edirik”.

Mənbə: Sondakika.com

Bizimlə əlaqə saxlayın

Digər Dünya xəbərləri