22 
Yan
2022
06:20
22
85
3186
Virtual karabakh

Misirdə turizmin inkişafı üçün maraqlı addım: Suda batırılmış ZİL... - FOTO

22 Yan, 2022
06:20
3186

Misirdə turizmin inkişafı üçün maraqlı addım: Suda batırılmış ZİL... - FOTO

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Misirin Hurqada yaxınlığında sualtı ekskursiyalar üçün yeni obyektlər peyda olacaq. Onların arasında istismardan çıxarılan ZİL-lər də var.

Bu barədə Rusiya Turoperatorları Assosiasiyası (ATOR) məlumat yayıb.

Bildirilir ki, yerli kurortların cəlbediciliyini artırmaq üçün bölgədə süni mərcan rifləri yaradılacaq və yeni dalğıc yerləri təşkil ediləcək. Birinci mərhələdə Hurqada yaxınlığında istismardan çıxarılan hərbi texnika, traktor, yük maşınları və avtobusların gövdələrindən istifadə olunacaq.

“Obyektlərin birində Rusiya istehsalı köhnə ZİL batırılacaq”, - deyə məlumatda bildirilir.

Vurğulanır ki, yeddi sahədə ümumilikdə 20-yə yaxın müxtəlif texnikadan istifadə olunacaq. Köhnə avadanlıqlar təcrübəsiz dalğıclar üçün dayaz dərinliklərdə yerləşdiriləcək.

Mütəxəssislər hesab edirlər ki, su altında eksponatlar tez bir zamanda mərcanlarla örtüləcək, xərçəngkimilərin koloniyalarını cəlb edəcək və tropik balıqların qidalanmaq üçün toplandığı yerə çevriləcək.

“Təbii ki, layihə ekoloqların ciddi nəzarəti altında həyata keçirilir: məhz onlar süni mərcan riflərinin yaradılması üçün əlverişli olan 15 sahəni təklif ediblər”, - deyə assosiasiya bildirib.

Misir səlahiyyətliləri deyirlər ki, yeni attraksion hər il üç milyona yaxın dalğıcı cəlb edən əsas ənənəvi dalğıc sahələrinin yükünü azaldacaq.

Bizimlə əlaqə saxlayın

Digər Turizm xəbərləri