25 
Yan
2022
15:12
37
158
2104
Virtual karabakh

Qara görə təxirə salınan İstanbul-Bakı reyslərinin uçuş vaxtı AÇIQLANDI - YENİLƏNİB

25 Yan, 2022
15:12
2104

Qara görə təxirə salınan İstanbul-Bakı reyslərinin uçuş vaxtı AÇIQLANDI - YENİLƏNİB

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

İstanbul hava limanından alınan rəsmi məlumata əsasən, güclü qar səbəbindən yanvarın 26-sı saat 00:00-a qədər (İstanbul vaxtı ilə) hava limanının fəaliyyəti dayandırıb.

Bununla əlaqədar olaraq, həm Bakı-İstanbul, həm də İstanbul-Bakı marşrutu üzrə AZAL-ın bütün planlaşdırılmış reyslərinin yerinə yetirilməsi sabah günün birinci yarısına keçirilib.

Bütün sərnişinlərimizdən yenilənmiş məlumatları aviaşirkətin çağrı mərkəzində, AZAL-ın İstanbul nümayəndəliyində, KİV vasitəsilə və “Azərbaycan Hava Yolları”nın rəsmi sosial şəbəkə səhifələrində almalarını xahiş edirik.

12:44

Güclü qar səbəbindən İstanbul hava limanının bağlanması AZAL-ın Bakı-İstanbul və İstanbul-Bakı (24 və 25 yanvar) reyslərinin gecikməsinə səbəb olub.

Bu barədə AZAL məlumat yayıb.

Sözügedən uçuşlar İstanbul hava limanı ilə razılaşdırılaraq həyata keçiriləcək.

Belə ki, hazırda Bakıdan iki reysin uçuşu gecikir. Bu reyslərin sərnişinlərinin bu gün axşam saatlarında İstanbula daşınması planlaşdırılır. Uçuş, aviaşirkətin ən böyük geniş füzelyajlı təyyarəsi olan “Airbus A340”da yerinə yetiriləcək.

Həmçinin, bu gün - günün ikinci yarısında və axşam saatlarında - İstanbul hava limanından Bakıya iki reysin yerinə yetirilməsi planlaşdırılır.

Gələn sərnişinlərdən İstanbul hava limanında “Azərbaycan Hava Yolları”nın ofisinə müraciət etmələri xahiş olunur. Sərnişinlər İstanbul - Bakı marşrutu üzrə ən yaxın reysə qeydiyyata alınacaqlar.

Sözügedən reyslərin sərnişinləri yenilənmiş məlumatları aviaşirkətin çağrı mərkəzində, AZAL-ın İstanbul nümayəndəliyində və ya KİV vasitəsilə əldə edə bilərlər.

Bizimlə əlaqə saxlayın

Digər Turizm xəbərləri