Apr
2022
16:26
30
329
1404
Virtual karabakh

AZAL prezidenti İordaniya səfiri ilə əməkdaşlıq perspektivlərini müzakirə edib

4 Apr, 2022
16:26
1404

AZAL prezidenti İordaniya səfiri ilə əməkdaşlıq perspektivlərini müzakirə edib

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Aprelin 4-də AZAL prezidenti Cahangir Əsgərov İordaniyanın Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri Sami Asem Qoşeh ilə görüşüb. 

Bu barədə “Azərbaycan Hava Yolları”nın mətbuat xidməti məlumat yayıb.

Görüşdə Azərbaycan ilə İordaniya arasında mülki aviasiya sahəsində qarşılıqlı əməkdaşlığın gündəliyinə dair fikir mübadiləsi aparılıb, tərəflər həmçinin COVID-19 pandemiyası ilə mübarizədə həyata keçirilən tədbirlərin yüksək səmərəliliyini qeyd ediblər. 

Görüş zamanı tərəflər iki ölkə arasında hava əlaqəsinin başlanması imkanlarını müzakirə ediblər. Cahangir Əsgərov qeyd edib ki, Bakı ilə Amman arasında uçuşların yerinə yetirilməsinə 2020-ci ilin may ayının sonunda başlanılmalı idi və bu barədə müvafiq razılıq 2019-cu ilin dekabr ayında əldə edilib. Lakin COVID-19 pandemiyasının yayılması bu planların həyata keçirilməsinə mane olub. Onun sözlərinə görə, birbaşa reyslərin açılması ölkələr arasında dostluq əlaqələrini gücləndirməklə yanaşı, Azərbaycan və İordaniya sahibkarları üçün bütün sahələrdə, o cümlədən ticarət və turizm sahəsində yeni imkanlar yaradacaq. 

İordaniya səfiri Sami Asem Qoşeh yeni reysin hər iki ölkə vətəndaşları üçün böyük maraq doğuracağına və ölkələr arasında mehriban qonşuluq əlaqələrinin daha da möhkəmlənməsinə xidmət edəcəyinə əminliyini ifadə edib. 

Bizimlə əlaqə saxlayın

Digər Turizm xəbərləri