29 
Apr
2022
13:01
218
17
2468
Virtual karabakh

AZAL Naxçıvandan Gəncəyə uçuşlara başlayır

29 Apr, 2022
13:01
2468

AZAL Naxçıvandan Gəncəyə uçuşlara başlayır

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

“Azərbaycan Hava Yolları” (AZAL) aviaşirkəti Naxçıvandan Gəncəyə və geriyə reyslər açır.

Bu barədə “Azərbaycan Hava Yolları”nın mətbuat xidməti məlumat yayıb.

Bildirilib ki, 6 may tarixindən başlayaraq, Naxçıvan-Gəncə-Naxçıvan istiqamətində uçuşlar həftədə iki dəfə - çərşənbə axşamı və cümə günləri həyata keçiriləcək.

Baqaj (23 kiloqrama qədər) və əl yükü (10 kiloqrama qədər) daxil olmaqla aviabiletin bir tərəfə qiyməti 60 manat təşkil edəcək.

Bu istiqamət üzrə biletlər yaxın günlərdə aviaşirkətin rəsmi saytında təqdim olunacaq.

Naxçıvan-Gəncə-Naxçıvan marşrutu üzrə reyslərə aviabiletləri həmçinin AZAL aviaşirkətinin Bakı, Naxçıvan və Sumqayıt şəhərlərindəki satış ofislərində əldə etmək mümkündür.

Qeyd edək ki, Naxçıvandan Gəncəyə və geriyə uçuşların yerinə yetirilməsinə başlanılması ilə əlaqədar olaraq, 6 may tarixindən çərşənbə axşamı və cümə günləri Bakı-Naxçıvan-Bakı marşrutu üzrə əlavə reyslər təşkil olunacaq.

Bizimlə əlaqə saxlayın

Digər Turizm xəbərləri