10 
May
2022
17:30
14
113
4067
Virtual karabakh

Sərnişinlərin telefonlarına gələn görüntülər Təl-Əviv-İstanbul reysində təlaş yaratdı - FOTO

10 May, 2022
17:30
4067

Sərnişinlərin telefonlarına gələn görüntülər Təl-Əviv-İstanbul reysində təlaş yaratdı - FOTO

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

“Anadolujet”lə İsrailin Təl-Əviv şəhərindən Türkiyənin İstanbul şəhərinə uçuşu yerinə yetirəcək 165 nömrəli TK-7709 sərnişin təyyarəsi qalxmaq üçün uçuş-enmə zolağına doğru hərəkət etməyə başlayıb.

Bu zaman təyyarədə olan bəzi sərnişinlərin telefonuna başqa bir aviaşirkətə məxsus təyyarənin qəzaya uğradığını göstərən mesajlar gəlib.

Sərnişinlər vəziyyəti təyyarə ekipajına çatdırıblar. Pilot Ben Qurion hava limanının Hava Hərəkətini İdarəetmə Qülləsi ilə əlaqə saxlayıb və vəziyyət barədə məlumat verib. Təyyarə təhlükəsizlik səbəbi ilə park yerinə qaytarılıb.

Təhlükəsizlik qüvvələri təyyarənin içərisində yoxlamalar aparır.

Mənbə: DHA

Bizimlə əlaqə saxlayın

Digər Dünya xəbərləri