16 
May
2022
16:30
116
65
2565
Virtual karabakh

Gürcüstan azərbaycanlı turistlərdən neçə milyon dollar qazandı?

16 May, 2022
16:30
2565

Gürcüstan azərbaycanlı turistlərdən neçə milyon dollar qazandı?

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Bu ilin aprel ayında Gürcüstanın beynəlxalq ziyarətçilərdən əldə etdiyi gəlirin məbləği 188,6 milyon ABŞ dolları təşkil edib.

“Report”un yerli bürosu xəbər verir ki, bu barədə ölkənin Milli Bankının hesabatında bildirilib.

Sənədə əsasən, həcm illik müqayisədə təxminən 4 dəfə çoxdur.

Hesabat ayında qonşu ölkənin əldə etdiyi gəlirin 6,3 milyon ABŞ dolları Azərbaycanın payına düşüb. Yanvar-aprel aylarında isə Azərbaycandan olan turistlər Gürcüstana 22,9 milyon ABŞ dolları qazandırıb.

Apreldə Gürcüstana ən çox gəlir gətirən ölkələrin ilk üçlüyünə Avropa İttifaqı ölkələri (20,8 milyon ABŞ dolları), Ukrayna (19,5 milyon ABŞ dolları) və Türkiyə (15 milyon ABŞ dolları) daxil olub.

Bizimlə əlaqə saxlayın

Digər Dünya xəbərləri