21 
İyn
2022
15:12
291
13
4028
Virtual karabakh

Deputat: “Hökumət quru sərhədlərin açılması üçün işlərə başladı”

21 İyn, 2022
15:12
4028

Deputat: “Hökumət quru sərhədlərin açılması üçün işlərə başladı”

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

“Vətəndaşlarımız quru sərhədlərin bağlı olmasına görə çox əziyyət çəkirlər. Tezliklə açılmasının tərəfdarıyam”.

Bunu “Bakupost”a millət vəkili Elman Məmmədov deyib.

Deputat hökumətin sərhədlərin açılması ilə bağlı müvafiq işlər apardığını qeyd edib:

“Sərhədlərin açılmasının tərəfdarıyam. Çünki insanlarımız quru sərhədlərin bağlı olmasına görə həddindən artıq əziyyət çəkirlər. Ona görə də tezliklə quru sərhədlərimizin açılmasını dəstəkləyirəm. Biz fikrimizi bildiririk, lakin bəzi məsələlər var: məsələn, dövlətlərarası münasibətlər, pandemiya, digər xəstəliklər, yaxud da təhlükəsizliklə bağlı məsələlər. Millət vəkili olaraq müvafiq qurumlara çağırış edirəm ki, quru sərhədlərimizin açılması istiqamətdə işlər tezləşdirilsin. Qonşu ölkələrə müalicə üçün gedən insanlar var ki, indi onlar qayıda bilmirlər.

İşləməyə gedib, indi ölkəmizə qayıtmaq istəyən insanlar da bu kateqoriyaya daxildir. Bildiyimə görə, hökumətimiz də çalışır ki, bu istiqamətdə işlər tezləşdirilsin. Amma sərhədlərin açılması birtərəfli qaydada mümkün deyil, iki dövlət arasında olan məsələlərdir. Bu işlər sürətlənməli və quru sərhədlərimiz insanlarımız üçün açılmalıdır”.

Bizimlə əlaqə saxlayın

Digər Turizm xəbərləri