İyl
2022
16:36
38
495
1515
Virtual karabakh

AZAL-ın prezidenti Cahangir Əsgərov İsrail səfiri ilə əməkdaşlıq perspektivlərini müzakirə edib

7 İyl, 2022
16:36
1515

AZAL-ın prezidenti Cahangir Əsgərov İsrail səfiri ilə əməkdaşlıq perspektivlərini müzakirə edib

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

AZAL-ın prezidenti Cahangir Əsgərovun İsrailin Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri Corc Diklə 7 iyul tarixində keçirilən görüşündə mülki aviasiya sahəsində əməkdaşlığın və təcrübə mübadiləsinin inkişaf perspektivləri müzakirə olunub.

Bu barədə “Azərbaycan Hava Yolları” QSC-nin mətbuat xidməti məlumat yayıb.
 
Görüşdə AZAL-ın prezidenti Cahangir Əsgərov ölkələr arasında mülki hava daşımaları sahəsində səmərəli əməkdaşlığın uğurla inkişaf etdiyini bildirib.
 
Onun sözlərinə görə, “Azərbaycan Hava Yolları” aviaşirkətinin Bakı-Təl-Əviv-Bakı marşrutu üzrə reyslərinin tezliyi həftədə beş dəfədir. Həmçinin “Israir” aviaşirkəti tərəfindən həftədə üç dəfə Təl-Əvivdən Bakıya və geriyə istiqamətdə uçuşlar həyata keçirilir.
 
“AZAL aviaşirkəti İsraildəki tərəfdaşları olan turizm şirkətləri ilə birlikdə İsraildən Azərbaycana turist axınının formalaşdırılması və inkişafı üçün fəal və böyük işlər görür”, - deyə Cahangir Əsgərov bildirib.
 
İsrailin Azərbaycandakı səfiri Corc Dik ölkələrin nəqliyyat əlçatanlığının artırılması çərçivəsində tərəfdaşlığın inkişaf etdirilməsinin vacibliyini vurğulayıb.
 
Onun sözlərinə görə, bu əməkdaşlıq turist axınının həcminin artmasına və ölkələr arasında münasibətlərin hərtərəfli inkişafına xidmət edir.

Bizimlə əlaqə saxlayın

Digər Turizm xəbərləri