13 
İyl
2022
16:42
145
108
1500
Virtual karabakh

Azərbaycanın hava limanlarında sərnişin axını pandemiyadan əvvəlki göstəricilərə yaxınlaşır

13 İyl, 2022
16:42
1500

Azərbaycanın hava limanlarında sərnişin axını pandemiyadan əvvəlki göstəricilərə yaxınlaşır

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Cari ilin əvvəlindən Azərbaycanın beynəlxalq hava limanlarında ümumi sərnişin axını iki milyon nəfəri ötüb.

Bu barədə Heydər Əliyev Beynəlxalq Aeroportunun Mətbuat xidməti məlumat yayıb.
Cari ilin təkcə iyun ayında hava limanlarında 530 min nəfərə xidmət göstərilmişdir ki, bu da pandemiyadan əvvəl 2019-cu ildəki göstəricinin 96%-ni təşkil edir.   

Heydər Əliyev Beynəlxalq Aeroportunda baza yeri olan “AZAL” və “Buta Airways” aviadaşıyıcıları tərəfindən ilin əvvəlindən müvafiq olaraq 618 min və 201 min sərnişin daşınmışdır. Bunlardan 457 min nəfəri beynəlxalq reyslərin sərnişinləridir və beynəlxalq daşımaların ümumi həcminin 36%-ni təşkil edir.   

2022-ci ilin iyun ayında Heydər Əliyev Beynəlxalq Aeroportuna 24 xarici aviaşirkət müntəzəm reyslər yerinə yetirmişdir. Bundan əlavə, qeyd edilən ayda “Salam Air” aviaşirkəti Muskat/Maskat şəhərindən Bakıya birbaşa reyslər açmışdır.   

İyun ayında Bakıdan ən populyar beynəlxalq istiqamətlər onluğuna İstanbul, Moskva, Dubay, Tbilisi, Antalya, Əbu-Dabi, Ər-Riyad, Ankara, Şərcə və Minsk şəhərləri daxil olmuşdur. Heydər Əliyev Beynəlxalq Aeroportu (IATA: GYD) — sərnişin və yük daşımalarının, uçuş-enmə əməliyyatlarının həcminə, aerovağzal kompleksinin sahəsinə və yük kompleksinin iş gücünə görə  Azərbaycanda və regionda ən böyük hava limanıdır.   

2021-ci ildə Heydər Əliyev Beynəlxalq Aeroportu “Skytrax” Beynəlxalq Hava Nəqliyyatı Reytinq Agentliyi tərəfindən COVID-19 pandemiyası dövründə hava limanları üçün epidemioloji təhlükəsizlik üzrə beş ulduzlu reytinqə layiq görülmüşdür.  

Bu mükafat, öz sərnişinlərini və əməkdaşlarını koronavirusun yayılmasından qorumaq üçün Heydər Əliyev Beynəlxalq Aeroportunda tətbiq olunan COVID-19 tədbirlərinin səmərəliliyinin yüksək səviyyədə tanındığını göstərir. 

Bizimlə əlaqə saxlayın

Digər Turizm xəbərləri