27 
İyl
2022
16:48
197
86
4806
Virtual karabakh

Samaradan Bakıya daha bir reys açıldı: Biletin qiyməti iki dəfə ucuz

27 İyl, 2022
16:48
4806

Samaradan Bakıya daha bir reys açıldı: Biletin qiyməti iki dəfə ucuz

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Rusiyanın ən böyük 10 aviaşirkətlərindən biri olan “Utair” iyulun 28-dən Samaradan Bakıya uçuşlara başlayacaq.

Bu barədə aviadaşıyıcının mətbuat xidmətindən məlumat verilib.

Aviareyslər həftədə iki dəfə - cümə axşamı və bazar günləri yerinə yetiriləcək. Biletlərin qiyməti 7,5 min rubldan (213 manatdan) başlayacaq. 

Hazırda Samaradan Bakıya birbaşa uçuşlar yalnız “İrAero” aviaşirkəti tərəfindən həftədə bir dəfə cümə günləri həyata keçirilir. Minimum bilet qiyməti isə təxminən 20 000 rubl (təxminən 573 manat) təşkil edir.

İki şəhər arasında səyahət vaxtı təxminən 2 saat 20 dəqiqə çəkir.

Yeri gəlmişkən xatırladaq ki, Rusiyanın Kazan şəhərindən Bakıya yeni aviareys açılacaq, Surqut-Bakı və Novosibirsk–Bakı marşrutu üzrə isə aviareyslərin sayı artırılacaq.

Mənbə: TASS

Bizimlə əlaqə saxlayın

Digər Turizm xəbərləri