Avq
2022
14:38
100
26
3819
Virtual karabakh

Azərbaycana ötən ay ən çox turist hansı ölkədən gəlib?

8 Avq, 2022
14:38
3819

Azərbaycana ötən ay ən çox turist hansı ölkədən gəlib?

Ötən ay ölkəyə gələn turistlərin sayı açıqlanıb.

Dövlət Turizm Agentliyindən verilən məlumata görə, iyulda Azərbaycana 193 416 əcnəbi səfər edib.

Bu, ötən ilin müvafiq dövrü ilə müqayisədə 131 faiz çoxdur. Belə ki, ötən ilin iyulunda ölkəyə 83 656 xarici turist gəlib.

Bu ilin yanvar-iyul ayları ərzində isə ölkəyə 832 186 əcnəbi gəlib. Ötən ilin müvafiq dövrü ilə müqayisədə isə 128 faiz artım qeydə alınıb. Belə ki, ötən 2021-ci ilin ilk 7 ayında ölkəyə 365 473 xarici turist səfər etmişdi.

Ən çox turist isə Rusiya (60,2 min), Səudiyyə Ərəbistanı (26,9 min), Türkiyə (22,6 min), İran (13,5 min) və Pakistandan (7,3 min) gəlib.

Ziyarətçilərin regionlar üzrə payı Yaxın Şərq üzrə 25,4, Asiya ölkələri üzrə 12,4, Avropa üzrə 7,2, digər bölgələr üzrə 1,7 faiz; ölkələrdən isə xüsusi olaraq Rusiya üzrə 31,1, İran üzrə 7 faiz olub.

Qeyd edək ki, pandemiyadan öncəki illə müqayisədə ölkəyə gələn əcnəbilərin sayı hələ də 46 faiz azdır. Belə ki, 2019-cu ilin iyulunda ölkəyə 365 153 ziyarətçi gəlmişdi. Həmçinin 2019-cu ilin yanvar iyul aylarında isə gələnlərin sayı (1 774 877) bu ilin müvafiq dövrü ilə müqayisədə 55 faiz çox olub.

Bizimlə əlaqə saxlayın

Digər Turizm xəbərləri