Avq
2022
17:22
63
215
1403
Virtual karabakh

Azərbaycanın beynəlxalq hava limanlarında iyulda yarım milyondan çox sərnişinə xidmət göstərilib

9 Avq, 2022
17:22
1403

Azərbaycanın beynəlxalq hava limanlarında iyulda yarım milyondan çox sərnişinə xidmət göstərilib

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Azərbaycanın beynəlxalq hava limanları 2022-ci ilin iyul ayında 578 min sərnişinə xidmət göstərib.

Bu barədə Heydər Əliyev Beynəlxalq Aeroportunun Mətbuat xidməti məlumat yayıb.

Bildirilib ki, bu göstərici 2021-ci ilin analoji dövrünün göstəricisindən 87% çoxdur.

Beynəlxalq reyslərdə 482 min nəfərə – ötən illə müqayisədə iki dəfədən çox sərnişinə xidmət göstərilib.

Bakı hava limanının baza aviadaşıyıcıları - AZAL və “Buta Airways” qeyd edilən müddət ərzində beynəlxalq reyslərdə 211 min sərnişinə, yəni beynəlxalq daşımaların ümumi sayının 44%-nə xidmət göstərib.

2022-ci ilin iyul ayında Bakı hava limanına 30 xarici aviaşirkət müntəzəm uçuşlar həyata keçirib. Həmçinin bu ay Aktobedən Bakıya “Qazaq Air” aviaşirkətinin birbaşa reysləri açılıb.

İyul ayında Bakıdan ən populyar beynəlxalq istiqamətlər onluğuna Moskva, İstanbul, Antalya, Dubay, Tbilisi, Ər-Riyad, Abu Dabi, Şərcə, İzmir və Dammam daxil olub. Bu istiqamətlər üzrə ümumilikdə 300 min nəfərə xidmət göstərilib.

Heydər Əliyev Beynəlxalq Aeroportu (IATA: GYD) — sərnişin və yük daşımalarının, uçuş-enmə əməliyyatlarının həcminə, aerovağzal kompleksinin sahəsinə və yük kompleksinin gücünə görə Azərbaycanda və regionda ən böyük hava limanıdır.

Cari ilin mart ayında Heydər Əliyev Beynəlxalq Aeroportu nüfuzlu “Skytrax World Airport Awards” Beynəlxalq Agentliyinin versiyasına görə MDB ölkələrində ən yaxşı hava limanı statusunu beşinci dəfə təsdiqləyib. Hava limanları üçün bu mükafat sənayedə keyfiyyət standartıdır.

Bundan əlavə, “Skytrax” tərəfindən Bakı hava limanı yüksək “5 ulduz” reytinqinə, həmçinin COVID-19 pandemiyası dövründə epidemioloji təhlükəsizlik üzrə maksimal reytinqə layiq görülüb.

Bizimlə əlaqə saxlayın

Digər Turizm xəbərləri