22 
Sen
2022
15:30
34
145
1714
Virtual karabakh

AZAL yeni bort əyləncə sistemini təqdim edir - VİDEO

22 Sen, 2022
15:30
1714

AZAL yeni bort əyləncə sistemini təqdim edir - VİDEO

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Azərbaycanın milli aviadaşıyıcısı təyyarələrin göyərtəsində yeni prinsip üzrə əyləncə sistemini tətbiq etməyə başlayır.

Bu barədə “Azərbaycan Hava Yolları” QSC-nin Mətbuat xidməti məlumat yayıb.

Bildirilib ki, artıq sərnişinlər Wi-Fi vasitəsilə təyyarənin multimedia şəbəkəsinə qoşulmaq üçün mobil cihazlarından (telefon və planşet) istifadə edə, daha sonra isə birbaşa öz qadjetlərində bədii və sənədli filmlərə, idman proqramlarına, cizgi filmlərinə, seriallara, şou proqramlara və bir çox müxtəlif məzmunlu audio və video kontentlərə baxa və dinləyə biləcəklər.

Multimedia kontentlərinə baxmaq üçün üçüncü tərəfin mobil tətbiqini yükləməyə ehtiyac yoxdur, bütün əməliyyatlar mobil brauzer vasitəsilə həyata keçirilir.

İlkin mərhələdə bu sistemin “Airbus 319” və “Airbus 320” təyyarələrinin göyərtələrində tətbiq edilməsi nəzərdə tutulur.

Gələcəkdə digər təyyarələrin göyərtəsində simsiz axınlı əyləncə xidmətinin tətbiqi planlaşdırılır.

Uçuş zamanı əyləncə və “Wi-Fi” bağlantısı artıq səyahətin ayrılmaz hissəsinə çevrilib. AZAL-a məxsus təyyarələrin göyərtəsindəki multimedia kontentləri daim yenilənməkdə davam edəcək.

“Azərbaycan Hava Yolları” təyyarədə yeni simsiz axınlı xidmətinin istifadə qaydaları haqqında videoçarx hazırlayıb: 

Bizimlə əlaqə saxlayın

Digər Turizm xəbərləri