27 
Sen
2022
09:39
144
24
2086
Virtual karabakh

Sinqapurdan Helsinkiyə uçan təyyarə Bakıda təcili eniş etdi

27 Sen, 2022
09:39
2086

Sinqapurdan Helsinkiyə uçan təyyarə Bakıda təcili eniş etdi

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

“Finnair” aviaşirkətinə məxsus Sinqapur-Helsinki reysini həyata keçirən hava gəmisinin kapitanı sərnişinin səhhətinin qəfil pisləşməsi səbəbindən Heydər Əliyev Beynəlxalq Aeroportuna təcili eniş sorğusu göndərib.

Bu barədə Heydər Əliyev Beynəlxalq Aeroportunun Mətbuat xidməti məlumat yayıb.

Bildirilib ki, “Airbus A350” təyyarəsi yerli vaxtla saat 02:31-də Bakı hava limanına eniş edib:

“Sərnişinə tibbi yardım göstərilib və onun Bakıda tibbi klinikalardan birinə yerləşdirilməsinə qərar verilib. Təyyarə 05:50-də Bakıdan Helsinki şəhərinə yola düşüb”.

Bizimlə əlaqə saxlayın

Digər Turizm xəbərləri