30 
Sen
2022
17:16
407
36
2782
Virtual karabakh

Rusiyada polislərin ölkədən çıxışı qadağan edilib

30 Sen, 2022
17:16
2782

Rusiyada polislərin ölkədən çıxışı qadağan edilib

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Rusiya Daxili İşlər Nazirliyinin rəhbəri Vladimir Kolokoltsev səfərbərlik elan edildikdən sonra polislərə ölkəni tərk etməyi qadağan edib.

Səyahət qadağası ilə bağlı qərar sentyabrın 23-də imzalanıb. Qərara əsasən, səfərbərlik elan edildikdən sonra aviabilet və ya turpaket alan hüquq-mühafizə orqanlarının əməkdaşları onlardan istifadə edə bilməyəcəklər.

Səfərbərlik elan edilməzdən əvvəl bilet alanlara da Rusiyanı tərk etmək icazəsi verilməyib.

Hətta dövlət sirlərinə çıxışı olan polis əməkdaşlarının pasportlarını təhvil vermələri ilə bağlı göstərişə dair xəbərlər var.

Mənbə: Meduza

Bizimlə əlaqə saxlayın

Digər Dünya xəbərləri