Okt
2022
23:09
269
40
3645
Virtual karabakh

AZAL-ın Səmərqəndə açılan ilk reysi eniş etdi - FOTO/VİDEO

4 Okt, 2022
23:09
3645

AZAL-ın Səmərqəndə açılan ilk reysi eniş etdi - FOTO/VİDEO

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

AZAL-ın Səmərqəndə açılan ilk reysi eniş edib.

Oxu.Az xəbər verir ki, oktyabrın 4-də, gecə saatlarında “Azərbaycan Hava Yolları”nın Bakıdan yola düşən ilk reysi Səmərqənd hava limanına eniş edib.

Milli aviadaşıyıcının təyyarəsi ənənəvi olaraq su tağı ilə qarşılanıb.

Qarşılama mərasimində Səmərqənd vilayəti rəhbərinin müavini Rüstəm Kabilov, Səmərqənd vilayətində Azərbaycan Milli Mədəniyyət Mərkəzinin rəhbəri Adilağa Mirzəyev, “FlyKhiva” qrupunun baş direktoru Dilşod Xacayev iştirak ediblər.

Sərnişinləri salamlayan rəsmilər bildiriblər ki, bu reysin açılması Azərbaycan ilə Özbəkistan arasında dostluq əlaqələrinin genişləndirilməsi, turizm sahəsində əməkdaşlığın dərinləşdirilməsi, turist sayının artırılması məqsədi daşıyır.

Əlavə olunub ki, iki şəhər arasında reyslər həftədə iki dəfə həyata keçiriləcək.

AZAL-ın mətbuat katibi Nərmin Xəlilova isə qeyd edib ki, Azərbaycan və Özbəkistan arasında ortaq mədəniyyət, din və adət-ənənələr mövcuddur.

“Əlbəttə ki, bu gün Özbəkistanın mirvarisi və dünyanın ən qədim şəhərlərindən biri olan Səmərqəndə ilk reysin açılmasının mühüm əhəmiyyəti var. AZAL, həmçinin Daşkəndə də uçuşlar həyata keçirir”, - Nərmin Xəlilova qeyd edib.

O əlavə edib ki, sentyabrın sonundan etibarən “Azərbaycan Hava Yolları”nın Bakıdan Özbəkistanın paytaxtı Daşkənddə uçuşlarının tezliyi də həftədə 5 dəfəyədək artırılıb.

Özbəkistanın mirvarisi və dünyanın ən qədim şəhərlərindən biri olan Səmərqəndə reyslər qış cədvəli çərçivəsində həftədə 2 dəfə yerinə yetiriləcək.

Könül Cəfərli

Bizimlə əlaqə saxlayın

Digər Siyasət xəbərləri