27 
Yan
2023
13:39
55
87
4304
Virtual karabakh

AZAL Bakıdan üç yeni istiqamət üzrə reyslər yerinə yetirəcək

27 Yan, 2023
13:39
4304

AZAL Bakıdan üç yeni istiqamət üzrə reyslər yerinə yetirəcək

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Azərbaycanın Milli Aviadaşıyıcısı (AZAL) Rusiyaya daha üç yeni istiqamət əlavə edir. Mart ayından etibarən aviaşirkət Novosibirsk, Yekaterinburq və Samara şəhərlərinə uçuşlar yerinə yetirməyə başlayacaq.

Bu barədə “Azərbaycan Hava Yolları” QSC-nin Mətbuat xidməti məlumat yayıb.

Belə ki, martın 16-dan etibarən “Azərbaycan Hava Yolları” aviaşirkəti həftədə iki dəfə – bazar ertəsi və cümə axşamı Novosibirsk şəhərinə, martın 19-dan etibarən isə həftədə iki dəfə – çərşənbə və bazar günü Yekaterinburq şəhərinə uçuşlar yerinə yetirəcək.
 
AZAL-ın tərkibinə daxil olan aşağıbüdcəli “Buta Airways” aviaşirkəti martın 18-dən etibarən Samara şəhərinə reyslər yerinə yetirəcək. Bu şəhərə uçuşlar çərşənbə axşamı və şənbə günü nəzərdə tutulub.

Uçuş cədvəli ilə daha ətraflı aviaşirkətlərin rəsmi www.azal.azwww.butaairways.az saytlarında tanış ola bilərsiniz. Reyslərə aviabiletləri AZAL və “Buta Airways” mobil tətbiqləri vasitəsilə də əldə etmək mümkündür.

Bizimlə əlaqə saxlayın

Digər İqtisadiyyat xəbərləri