31 
Yan
2023
10:48
193
6
2263
Virtual karabakh

Rusiyanı Cənubi Qafqazla birləşdirən Hərbi Gürcüstan yolu ağır yük maşınları üçün bağlandı

31 Yan, 2023
10:48
2263

Rusiyanı Cənubi Qafqazla birləşdirən Hərbi Gürcüstan yolu ağır yük maşınları üçün bağlandı

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Hərbi Gürcüstan yolunun bir hissəsi olan Qudauri-Kobi avtomobil yolu qoşqulu və yarımqoşqulu avtomobillər üçün bağlanıb.

Buna səbəb intensiv qar yağması və yolun buz bağlaması olub. Digər növ nəqliyyat vasitələrinin hərəkəti sərbəstdir.

“Mtsxeta-Stepantsminda-Lars (Rusiya Federasiyası ilə sərhəd) beynəlxalq avtomobil yolunun Qudauri-Kobi hissəsində qar və buzla əlaqədar qoşqulu və yarımqoşqulu avtomobillərin hərəkəti qadağan edilib”, - deyə bildirilir.

Yanvarın 30-na keçən gecə də qar səbəbindən Qudauri-Kobi avtomobil yolu bağlanıb.

Rusiyanı Gürcüstan və digər Zaqafqaziya ölkələri ilə birləşdirən Hərbi Gürcüstan yolu Baş Qafqaz silsiləsi ilə Vladiqafqazdan Tbilisiyə aparır.

Mənbə: TASS

Bizimlə əlaqə saxlayın

Digər Dünya xəbərləri