31 
Yan
2023
14:36
152
34
5483
Virtual karabakh

Hotellərin 80 faizdən çoxu istifadəsiz qalıb: Vəziyyət necə düzələ bilər? - AÇIQLAMA

31 Yan, 2023
14:36
5483

Hotellərin 80 faizdən çoxu istifadəsiz qalıb: Vəziyyət necə düzələ bilər? - AÇIQLAMA

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Dövlət Statistika Komitəsinin məlumatına görə, ötən il Azərbaycanda hotellərin 84,3 faizi istifadəsiz qalıb.

Belə ki, 2022-ci ildə mehmanxana (hotel) və mehmanxana tipli obyektlərin birdəfəlik tutumundan istifadə cəmi 15,7 faiz səviyyəsində olub. 2021-ci ildə isə bu göstərici 11,1 faiz təşkil edib.

Azərbaycan Hotellər və Restoranlar Assosiasiyasının İdarə Heyətinin sədri, Azərbaycan Ekoturizm Assosiasiyasının icraçı direktoru Samir Dübəndi Oxu.Az-a açıqlamasında bildirib ki, mövcud statistika heç də ürəkaçan deyil:

“Qeyd etdiyiniz rəqəmlərin aşağı olmasının səbəblərini araşdırmaq üçün son illərin gəlmə turizm göstəricilərinə nəzər yetirmək kifayət edir. Belə ki, əgər 2019-cu ildə ölkəyə gələn əcnəbi və vətəndaşlığı olmayanların sayı 3 167 904 nəfər olduğu halda, 2020-ci ildə, pandemiyanın pik vaxtında 795 760 nəfərə qədər azalıb. Bunun səbəbləri, təbii ki, aydındır – COVID-19 pandemiyasının yayılması səbəbilə qapanmalar, sərhədlərin bağlanması, viza problemləri, uçuşların bahalaşması və sair kimi mənfi amillər. 2021-ci ildə bu rəqəm bir qədər də azalaraq 790 062 nəfər, 2022-ci ildə isə sürətlə artaraq 1 602 600 nəfər təşkil edib. Bu isə artıq 103 faiz artımdır”.

Müsahibimiz diqqətə çatdırıb ki, hotel sahəsi və ümumilikdə qonaqpərvərlik sənayesi mövcud vəziyyətdə gəlmə turizmindən asılıdır:

“Mehmanxana və mehmanxana tipli müəssisələrin statistikasından göründüyü kimi, 2019-cu ildə yerləşdirilmiş yerli vətəndaşların sayı 603 026 nəfər təşkil edib, 2020-ci ildə ümumilikdə turizm fəaliyyətlərinin ləngiməsi, dayanması fonunda onların sayı 401 430 nəfər olub, 2021-ci ildə bu rəqəm 900 560 nəfərə qədər artıb. Yəni ötən ilin eyni dövrü ilə müqayisədə 124,34 faiz artım var. 2022-ci ildə isə mehmanxana və mehmanxana tipli müəssisələrdə yerləşdirilmiş yerli vətəndaşların sayı yenə də azalaraq 620 131 nəfərə enib. Bu ötən ilin eyni dövrü ilə müqayisədə -31,14 faiz təşkil edib.

Açıqladığım rəqəmlərin arxasında son illər ərzində baş vermiş qapanmalar, xarici səfərlərin azalması və nəticədə daxili turizmin inkişafı kimi amillərin dayandığını qeyd etmək istərdim”.

Samir Dübəndi əlavə edib ki, ölkə üzrə fəaliyyət göstərən 712 yerləşmə vasitəsinin 243 obyekti Bakı şəhərində yerləşir:

“Bu, ümumi sayın 34,13 faizini təşkil edir. Hesab edirəm ki, burada əsas göstəricilərdən biri kimi mehmanxanaların sayı ilə yanaşı, onların təsnifatı, hansı kateqoriyaya aid olmaları da əsas amil kimi nəzərdən keçirilməlidir.

Rəqəmlərdən göründüyü kimi, pandemiyanın mənfi nəticələrinin turizm və qonaqpərvərlik sənayesini geri atmasına baxmayaraq, hazırda biz bərpa dövrünü yaşayırıq və hazırkı inkişaf dinamikası müsbət perspektivlər haqqında danışmağa əsas yaradır”.

Sayad Həsənli

Bizimlə əlaqə saxlayın

Digər Cəmiyyət xəbərləri