Fev
2023
17:24
112
18
1585
Virtual karabakh

“Lufthansa Technik” AZAL-a komponent dəstəyi xidmətləri göstərəcək - FOTO

7 Fev, 2023
17:24
1585

“Lufthansa Technik” AZAL-a komponent dəstəyi xidmətləri göstərəcək - FOTO

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Azərbaycan Hava Yolları və “Lufthansa Technik AG” şirkəti Azərbaycan Respublikasının milli aviadaşıyıcısının “Boeing 787 Dreamliner” genişgövdəli, uzunməsafəli təyyarələri üçün tam komponent dəstəyi (TCS) ilə bağlı beşillik kompleks müqavilə imzalayıb.

Bu barədə Oxu.Az-a AZAL-dan bildirilib.

Məlumata görə, “Lufthansa Technik” AZAL-a komponent dəstəyi xidmətləri göstərəcək.

Mayın 1-dən qüvvəyə minəcək TCS müqaviləsi Azərbaycan Hava Yollarının texniki fəaliyyətini əhəmiyyətli dərəcədə gücləndirəcək. Daşıyıcının ilk TCS müqaviləsi ona “Lufthansa Technik”in qlobal ehtiyat hissələri sisteminə 24/7 giriş imkanı verəcək. Digər xidmətlər arasında TCS ehtiyat hissələrinin ən qısa müddətdə çatdırılmasına zəmanət verən AOG (Aircraft on Ground) dəstəyini əhatə edir. Hava gəmilərinə texniki xidmətlərin göstərilməsi üçün mühüm strateji addım olan müqavilə aviadaşıyıcının planlaşdırılan donanma genişləndirilməsini asanlıqla əhatə edə bilməsi üçün əlavə çeviklik təmin edərək tərtib edilib.

“Uçuşların təhlükəsizliyinin təmin edilməsi Azərbaycan Hava Yollarının ən yüksək prioritetidir. Aparıcı ehtiyat hissələri tədarükçüsü “Lufthansa Technik” ilə müqavilənin imzalanması bunun bariz nümunəsidir”, - deyə Azərbaycan Hava Yollarının birinci vitse-prezidenti Samir Rzayev qeyd edib.

“Biz etibarlı komponent dəstəyimizlə Azərbaycan Hava Yollarını inkişaf yolunda dəstəkləməkdən və onların flaqman təyyarələrinə xidmət göstərməkdən xüsusilə şərəf duyuruq. Bu müqavilə sayəsində “Lufthansa Technik” qlobal MRO (“Maintenance, Repair and Overhaul” - texniki xidmət, təmir və tam təmir) sənayesində etibarlı tərəfdaş kimi görkəmli nüfuzunu təsdiqləyir və MDB-də bazar payını daha da genişləndirir”, - Mərkəzi Avropa və MDB-nin satış üzrə vitse-prezidenti Andreas van de Kuil vurğulayıb.

Bizimlə əlaqə saxlayın

Digər Turizm xəbərləri