Fev
2023
14:38
120
8
2872
Virtual karabakh

Dövlət Turizm Agentliyinin strukturunda dəyişiklik edildi

8 Fev, 2023
14:38
2872

Dövlət Turizm Agentliyinin strukturunda dəyişiklik edildi

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Prezident İlham Əliyev Dövlət Turizm Agentliyinin strukturunun təkmilləşdirilməsi və Dövlət Turizm Agentliyinin fəaliyyətinin təmin edilməsi haqqında fərman imzalayıb.

Prezident.az verir ki, fərmanla Dövlət Turizm Agentliyinin aşağıdakı regional turizm idarələri yaradılıb:

1. Bakı-Abşeron Regional Turizm İdarəsi;

2. Gəncə Regional Turizm İdarəsi;

3. Şəki Regional Turizm İdarəsi;

4. Lənkəran Regional Turizm İdarəsi;

5. Mingəçevir Regional Turizm İdarəsi;

6. Quba Regional Turizm İdarəsi;

7. Qarabağ Regional Turizm İdarəsi;

8. İsmayıllı Regional Turizm İdarəsi.

Bundan başqa, Dövlət Turizm Agentliyinin işçilərinin say həddi cəmi 151 ştat vahidi olmaqla, Agentliyin Aparatı üzrə 63 ştat vahidi, regional turizm idarələri üzrə 88 ştat vahidi müəyyən edilib.

Bizimlə əlaqə saxlayın

Digər Siyasət xəbərləri