27 
Fev
2023
10:53
105
7
1699
Virtual karabakh

Yaponiyalı idmançılar Şahdağda xizək və snoubord üzrə master-klas keçiblər - FOTO

27 Fev, 2023
10:53
1699

Yaponiyalı idmançılar Şahdağda xizək və snoubord üzrə master-klas keçiblər - FOTO

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

“Şahdağ” Turizm Mərkəzinin təşkilatçılığı eləcə də Qış İdman Növləri Federasiyasının və Yaponiyanın Azərbayandakı səfirliyinin dəstəyi ilə xizək idmanı ilə məşğul olanlar üçün ilk dəfə olaraq xizək fristaylının “mogul” növü üzrə master-klass keçirilib.

Federasiyadan verilən məlumata görə, təlimin keçirilməsinin məqsədi ölkədə qış idman növlərini təşviq etmək, xizək fristaylının bu növünü tanıtmaq, yerli idmançıların və mütəxəssislərin hazırlanmasına dəstək olmaqdır.

Təlimlərdə Yaponiyadan olan olimpiyaçılar və mütəxəssislər xizəksevərlərə, həmçinin yerli xizək təlimçilərinə bu idman növünün incəliklərini və qaydalarını nümayiş etdiriblər.

Tədbirdə qonaq qismində Yaponiyanın Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri Cuniçi Vada da iştirak edib.

Qeyd edək ki, xizək fristaylının “mogul” növü 1988-ci ildən Qış Olimpiya Oyunlarına daxil edilib. Olimpiadada ekstremal idman sayılan fristaylın bu növündən başqa, akrobatika, “ski-cross”, “half pipe”, “slopestyle” və “big air” kimi növləri də mövcuddur.

Bizimlə əlaqə saxlayın

Digər İdman xəbərləri