Mar
2023
10:58
103
36
1326
Virtual karabakh

Azərbaycan və Qırğızıstan mülki aviasiya sahəsində əməkdaşlığı müzakirə ediblər

2 Mar, 2023
10:58
1326

Azərbaycan və Qırğızıstan mülki aviasiya sahəsində əməkdaşlığı müzakirə ediblər

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Ölkələr arasında mülki aviasiya sahəsində gələcək əməkdaşlığın məqsəd və vəzifələri AZAL-ın prezidenti Cahangir Əsgərovla Qırğızıstan baş nazirinin müavini Bakıt Torobayev arasında keçirilən görüşdə müzakirə olunub.

Bu barədə “Azərbaycan Hava Yolları” QSC-nin Mətbuat Xidməti məlumat yayıb.

Tərəflər əməkdaşlığın səmərəliliyinin artırılması ideyalarını müzakirə edib, həmçinin ölkələr arasında hava əlaqələrinin açılması üçün müəyyən tədbirləri təyin ediblər. Cahangir Əsgərov qeyd edib ki, aviasiya sahəsində səmərəli əməkdaşlıq ölkələr arasında qarşılıqlı münasibətləri əhəmiyyətli dərəcədə möhkəmləndirəcək, onların iqtisadi, mədəni və turizm əlaqələrinin inkişafına töhfə verəcək.

Bakıt Torobayev Azərbaycanın mülki aviasiya sahəsində əldə etdiyi nailiyyətləri yüksək qiymətləndirib və bu sahədə ölkələr arasında ikitərəfli əməkdaşlığın uğurla inkişaf edəcəyinə əminliyini bildirib. Onun sözlərinə görə, tərəfdaşlıq ölkələr arasında işgüzar və turizm əlaqələrinin möhkəmlənməsinə müsbət təsir göstərəcək.

Bizimlə əlaqə saxlayın

Digər Turizm xəbərləri