Mar
2023
19:51
72
17
2814
Virtual karabakh

“Buta Airways”dən Türkiyənin məşhur şəhərlərinə yeni aksiya

3 Mar, 2023
19:51
2814

“Buta Airways”dən Türkiyənin məşhur şəhərlərinə yeni aksiya

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

“Buta Airways” aşağıbüdcəli aviaşirkəti sərnişinləri üçün Türkiyənin məşhur şəhərləri - İstanbul, İzmir və Ankara reyslərində yeni aksiyaya başlayıb.

Bu barədə “Buta Airways” aviaşirkətinin mətbuat xidmətindən Oxu.Az-a məlumat verilib.

Bildirilib ki, martın 27-dən aprelin 18-dək bu şəhərlərə gediş-gəliş biletləri əldə edərkən hər bir sərnişinə çəkisi 23 kiloqrama qədər olan bir əlavə ödənişsiz baqaj yeri təqdim olunur.

Bundan əlavə, “AZAL Miles” loyallıq proqramının iştirakçıları bu istiqamətlər üzrə hər uçuşa görə ikiqat mil qazanacaqlar. Aksiya üzrə aviabiletlərin rəsmiləşdirməsi üçün aprelin 18-dək daxil olmaqla AZAL aviaşirkətinin bütün akkreditə olunmuş agentliklərinə və ya [email protected] elektron poçtu vasitəsilə aviaşirkətin çağrı mərkəzinə müraciət edə bilərsiniz.

Tez-tez uçan sərnişinlər üçün “AZAL Miles” loyallıq proqramı haqqında daha ətraflı məlumatı linkdən əldə edə bilərsiniz: https://www.azal.az/az/azal-miles/terms-and-conditions.   

Bizimlə əlaqə saxlayın

Digər Turizm xəbərləri