11 
Mar
2023
09:50
156
42
2459
Virtual karabakh

“Euronews”: “Azərbaycan mühüm turizm ilinə hazırlaşır” - VİDEO

11 Mar, 2023
09:50
2459

“Euronews”: “Azərbaycan mühüm turizm ilinə hazırlaşır” - VİDEO

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

“Azərbaycan milyonlarla səyyahın ölkənin heyrətamiz mənzərələrindən həzz ala bilməsi üçün Avropa ilə yeni hava yollarını açmaq və vizanın verilməsini asanlaşdırmaqla turizm üçün möhtəşəm bir ilə hazırlaşır”.

Bu barədə Berlində (Almaniya) keçirilən, dünyanın ən böyük səyahət yarmarkalarından biri olan ITB sərgisi ilə bağlı Euronews.com-da dərc olunmuş məqalədə qeyd edilir.

Məqalədə Azərbaycan Turizm Bürosunun (ATB) baş icraçı direktoru Florian Zenqstşmidin şərhi də yer alıb. O, Azərbaycanda müxtəlif landşaftlar, çoxlu yeni iqlim qurşaqları olduğunu xatırladaraq bu biomüxtəlifliklə fəxr etdiklərini bildirib.

“Son illər bir çox layihələrə start vermişik, zəngin təcrübə qazanmışıq, yeni hotellər açmışıq. Ona görə də ölkəmizin sənayesini dinamik və aktivdir”, - deyə o vurğulayıb.

Məqalədə ekspertlər həmçinin Azərbaycanda turizmin 2023-cü ildə parlaq olacağını proqnozlaşdırıblar.

Bizimlə əlaqə saxlayın

Digər Siyasət xəbərləri