16 
Mar
2023
15:32
70
18
2072
Virtual karabakh

Almaniyanın bir neçə hava limanında uçuşlar ləğv ediləcək

16 Mar, 2023
15:32
2072

Almaniyanın bir neçə hava limanında uçuşlar ləğv ediləcək

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Almaniyanın Düsseldorf, Köln/Bonn və Ştutqart hava limanlarında sabah - 17 mart tarixində işçilər əməkhaqlarının artırılması tələbi ilə tətil edəcəklər.

Bu barədə “Ver.di” həmkarlar ittifaqı məlumat yayıb.

Təhlükəsizlik və gömrük işçilərinin də işə gəlməyəcəyi üçün sözügedən hava limanlarında əksər uçuşların ləğv ediləcəyi bildirilir.

Qeyd edilib ki, cümə günü səyahət edəcək sərnişinlər rezervasiyalarına nəzarət etməli və uçuşlarını tətil aksiyasına qoşulmayan hava limanına dəyişməlidirlər.

Mənbə: Loyaltylobby

Bizimlə əlaqə saxlayın

Digər Dünya xəbərləri