30 
Mar
2023
15:48
132
27
1727
Virtual karabakh

Bu il Azərbaycandan xaricə gedənlərin sayı artıb

30 Mar, 2023
15:48
1727

Bu il Azərbaycandan xaricə gedənlərin sayı artıb

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Bu ilin yanvar-fevral ayları ərzində xarici ölkələrə gedən Azərbaycan vətəndaşlarının ümumi sayı 2022-ci ilin eyni dövrü ilə müqayisədə 18,3% artaraq 218 min nəfər olub.

Bu barədə Dövlət Statistika Komitəsi məlumat yayıb.

Gürcüstana gedən Azərbaycan vətəndaşlarının sayı 1,5 dəfə, Türkiyəyə gedənlərin sayı 15,9%, Rusiya Federasiyasına gedənlərin sayı 8,4% artıb, İrana gedənlərin sayı isə 15,5% azalıb. Ölkə vətəndaşlarının 39,7%-i Türkiyəyə, 22,8%-i Rusiya Federasiyasına, 9,9%-i Gürcüstana, 8,4%-i İrana, 19,2%-i digər ölkələrə səfər edib.

Gedənlərin 70%-ni kişilər, 30%-ni qadınlar təşkil edib.

2023-cü ilin yanvar-fevral aylarında xarici ölkələrə səfər edən Azərbaycan vətəndaşlarının 29,7%-i dəmir yolu və avtomobil, 67,8%-i hava, 2,5%-i isə dəniz nəqliyyatından istifadə edib.

Bizimlə əlaqə saxlayın

Digər Cəmiyyət xəbərləri