İyn
2023
23:26
17
126
1819
Virtual karabakh

Bakıdan Tbilisiyə uçan təyyarə tufana görə geri qayıdıb

2 İyn, 2023
23:26
1819

Bakıdan Tbilisiyə uçan təyyarə tufana görə geri qayıdıb

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

AZAL QSC-nin tərkibinə daxil olan “Buta Airways” aviaşirkətinin J2 9225 nömrəli Bakı-Tbilisi reysini yerinə yetirən hava gəmisinin kapitanı uçuş hava limanına qayıtmaq qərarına gəlib.

Bu barədə “Azərbaycan Hava Yolları” QSC-nin Mətbuat xidməti məlumat yayıb.

Bildirilib ki, buna səbəb Tbilisi hava limanı ətrafındakı hava şəraitinin qəfil pisləşməsi (tufan) olub.

Təyyarə yerli vaxtla saat 23:12-də Heydər Əliyev Beynəlxalq Aeroportuna uğurla eniş edib.

Sözügedən reysin sərnişinləri hava şəraiti yaxşılaşdıqdan sonra Tbilisiyə yola düşəcəklər.

Bizimlə əlaqə saxlayın

Digər Turizm xəbərləri