16 
Fev
2018
14:31
296
73
15311
Virtual karabakh

Psixoloq: İntim həyat ailə münasibətlərini gücləndirir – VİDEO

16 Fev, 2018
14:31
15311

Psixoloq: İntim həyat ailə münasibətlərini gücləndirir – VİDEO

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Son statistika göstərir ki, boşanmaların sayı durmadan artır.

Belə ki, 2017-ci ildə ölkədə 14 514 boşanma halları qeydə alınıb.

2016-cı ildə bu rəqəm 13 114 olub. Rəqəmlərə baxdıqda məlum olur ki, ölkədə boşanmaların sayı 10,8% artıb.  

Bəs görəsən, boşanmalar nədən qaynaqlanır?

Məsələ ilə bağlı Psixi Sağlamlıq Mərkəzinin uzmanı, Ailə və Yeniyetmə psixoloqu, psixoterapevt Xudaverdi Məmmədovun Oxu.Az-a bildirdiyinə görə, araşdırmalar zamanı müəyyən edilib ki, ən çox boşanma faktı nikahın ilk beş ilində qeydə alınır.

X. Məmmədov ailələrin boşanma səbəblərini də açıqlayıb. 

“Cütlüklər, əsasən, iqtisadi vəziyyət, alternativ həyat axtarma, ortaq maraqların olmaması və xəyanətlərə görə ayrılırlar”.

Psixoloq gənc ailələrə məsləhətlər də verib:

“Sağlam ailə bünövrədən qurulmalıdır. Cütlüklər hər gün bir-biri ilə ortaq maraqlarından danışmalıdırlar.

Onu da bildirmək istərdim ki, intim həyat ailə münasibətlərini gücləndirən amillərdəndir”.

Ətraflı videosujetdə:

Elvin Əhmədov
Ehtiram Jabi
www.oxu.az

Bizimlə əlaqə saxlayın

Digər Cəmiyyət xəbərləri