Avq
2018
12:14
76
44
9358
Virtual karabakh

Ərəb turistləri kimlər əvəz edəcək? - VİDEO

2 Avq, 2018
12:14
9358

Ərəb turistləri kimlər əvəz edəcək? - VİDEO

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Azərbaycanın gözəlliyi dillərə dastandır. Elə bu gözəlliyi görmək üçün ölkəmizə kifayət qədər turist üz tutur. 

Doğma diyarımız qitənin hər bir yerindən gələn insanları qəbul etmək gücündədir. Buna başlıca səbəb insanlarımızın qonaqpərvərliyidir. 

Qonaqpərvər xalqımıza da “Hansı ölkələrdən Azərbaycana turistlərin gəlməsini istəyərdiniz?” sualını verdikdə maraqlı cavablar aldıq. Bəziləri keçmiş xatirələrini yada saldı, bəziləri isə gələcək arzularını dilə gətirdi.

Ekspertlərimiz ölkəmizə son zamanlar gələn turistlərin daha çox Rusiyadan və ərəb ölkələrindən olduqlarını deyir.

Azərbaycan Turizm Assosiayasının sədrinin müşaviri Müzəffər Ağakərimovun sözlərinə görə, İndoneziya, Çin və Hindistan kimi ölkələrin də Azərbaycana xüsusi marağı var.

Ölkə vətəndaşlarının istirahət üçün daha çox Türkiyə və Rusiya kimi ölkələrə üz tutduğunu deyən Müzəffər Ağakərimov bildirib ki, bu, daha çox dil probleminin olmamasına görədir.

Baku.TV-nin turizmlə bağlı hazırladığı reportajı təqdim edirik:

Xanlar Mehdiyev
VİDEO: Ceyhun Şahbazlı

www.oxu.az

Bizimlə əlaqə saxlayın

Digər Baku TV xəbərləri