Avq
2018
17:57
29
145
5706
Virtual karabakh

Evlənməyə hazırsınız? - VİDEO

2 Avq, 2018
17:57
5706

Evlənməyə hazırsınız? - VİDEO

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Evlilik çox vacib və məsuliyyətli addımdır. Bu addımı atanda təkrar-təkrar düşünmək lazımdır. Valideynlərin razılığı, iki gəncin qarşılıqlı hörməti evliliyi güclü edən amillərdir. Amma bu məsuliyyətli addıma qədər keçilən bir yol var.

Bu da, təbii ki, evliliyə qədər və ailə həyatı qurduqdan sonrakı ehtiyaclardır. Bu ehtiyaclar qarşılanmayanda bəzən çətinliklə qurulan ailələr belə dağılır.

Psixoloq Aytən Ələkbərova deyir ki, ailə qurulanda gənclər bir-birinə güvənməlidirlər. Əgər güvən olmasa, onda ailədən söhbət belə gedə bilməz:

“Necə deyərlər, ailə kiçik dövlətdir. Bu dövləti qurmaq çətindir, qoruyub-saxlamaq isə ikiqat çətin olan məsələdir.

Gəlin, “kiçik dövlət”imizi elə qoruyub-saxlayaq ki, heç bir daxili çəkişmə ailənin dağılmasına səbəb olmasın”.

Baku TV-nin mövzu ilə bağlı hazırladığı reportajı təqdim edirik:

Xanlar Mehdiyev 
VİDEO: Ceyhun Şahbazlı​
www.oxu.az

Bizimlə əlaqə saxlayın

Digər Baku TV xəbərləri