Avq
2018
00:23
19
159
8700
Virtual karabakh

Tələbələr gələndə qiymətlər qalxır - VİDEO

8 Avq, 2018
00:23
8700

Tələbələr gələndə qiymətlər qalxır - VİDEO

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Ali təhsil ocağına qəbul olanda sevincin həddi-hüdudu olmur. Tələbə adını alanlar, xüsusən rayondan Bakıya gələnlərin bir dərdi var, o da ev problemi.

Belə ki, qalmağa yerləri olmayanlar başlayır qəbul olduqları universitet ətrafında kirayə mənzil axtarmağa. Yaxınlıqda ev tapanda isə qiymətdə narazılıqlar ortaya çıxır. Belə ki, təklif olunan qiymətləri bir tələbə qarşılaya bilmədiyi üçün məcbur olur özünə yoldaş axtarır.

Bəzən seçilən yoldaşlar yaxşı olur, bəzən də təkbaşına qalan tələbələr qonşuların narazılığına səbəb olur.

Ev alqı-satqısı ilə məşğul olan insanlar isə deyir ki, evlərin qiymətində tələbələr gələndə nisbətən artım müşahidə olunur. Bu isə, təbii ki, tələbələrin işini birə-beş çətinləşdirir. Kirayə haqqını verə bilmədikdə ev yiyəsi ilə kirayənişin arasında narazılıq yaranır. 

İqtisadçı ekspert Rəşad Həsənovun sözlərinə görə, sentyabr ayından şəhərə insan axının sayı artacaq. Bu da kirayə bazarında sıxlığa səbəb olacaq.

Necə deyərlər, dağlar arasından yol çəkmək üçün partladılan dinamitlərin heç kim hesabını aparmır. Odur ki, uğurunuza aparan yoldakı dinamitlər sizin müvəqqəti narahatlığınızdır. Narahat olmayın, bu günlərin dörd il ömrü var.

Baku TV-nin mövzu ilə bağlı hazırladığı reportajı təqdim edirik:

Xanlar Mehdiyev
VİDEO: Cehyun Şahbazlı
www.oxu.az

Bizimlə əlaqə saxlayın

Digər Baku TV xəbərləri