Avq
2018
16:59
17
69
4204
Virtual karabakh

İxtisas seçimi: xəyal və reallıq - VİDEO

8 Avq, 2018
16:59
4204

İxtisas seçimi: xəyal və reallıq - VİDEO

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Gənclər ali təhsil müəssisələrinə daxil olmaq üçün bir neçə mərhələdən keçir, əziyyətli yollar aşırlar. Övladlarının ali təhsil almasına cəhd göstərən bir çox valideyn isə onların oxuması üçün əllərindən gələni əsirgəmir, az qala bütün gəlirlərini repetitor xərclərinə sərf edirlər.

Amma vaxt ixtisas seçiminə gəlib-çatanda valideynlər və uşaqlar arasında müəyyən anlaşılmazlıqlar olur. Əksər hallarda uşaqlar valideyn məcburiyyəti ilə ixtisas seçirlər. Sırf ata-ana xatirinə sevmədiyi ixtisasa yiyələnən gənclər məcburi sənət sahibi olurlar.

Təhsil üzrə ekspert Kamran Əsədov məsələ ilə bağlı bildirir ki, abituriyentlər ixtisas seçərkən ona kənar müdaxilələr çox olur:

“Bu seçimdə məhz valideynlərin təsiri böyükdür”. 

Kamran Əsədov valideynləri övladlarının ixtisas seçiminə dəstək olmağa çağırır:

“Uşaqlarınıza maraqları və qabiliyyətləri olan sahələrdə ixtisaslaşıb təhsil almalarına kömək edin. Baxın, o zaman ölkəmizdə həm xoşbəxt və qərarlı gənclər, həm də savadlı və peşəkar kadrlar yetişər”.

Baku TV-nin mövzu ilə əlaqədar hazırladığı reportajı təqdim edirik:

İlhamə Kələyeva 
VİDEO: Ceyhun Şahbazlı

www.oxu.az

Bizimlə əlaqə saxlayın

Digər Baku TV xəbərləri