17 
Okt
2018
10:57
30
89
21464
Virtual karabakh

Bakıda kirayə götürdüyü “Gelandewagen”i “Şaqman”a çırpdı - VİDEO

17 Okt, 2018
10:57
21464

Bakıda kirayə götürdüyü “Gelandewagen”i “Şaqman”a çırpdı - VİDEO

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Bakının Heydər Əliyev prospektində gecə saatlarında ağır yol-nəqliyyat hadisəsi baş verib.

Oxu.Az-ın məlumatına görə,  “Gelandewagen”in sürücüsü, 1991-ci il təvəllüdlü Məmmədov Nicat Şamil oğlu sürət həddini aşaraq qarşıda gedən “Şaqman” yük maşınının çırpılıb. 

Qəza nəticəsində “Gelandewagen” yolun əks istiqamətinə keçib.

Avtomobilin sürücüsü Məmmədov Nicat və daha bir nəfər müxtəlif dərəcəli bədən xəsarətləri alıblar. Yaralılar 1 saylı Kliniki Tibbi Mərkəz çatdırılıblar. Onların vəziyyəti qənaətbəxşdir. 

Qeyd edək ki, sürücü Məmmədov Nicat “Gelandewagen”i bir günlük “Rent a car”dan kirayə götürüb. 

Qəza nəticəsində avtomobillərə ciddi ziyan dəyib. 

Faktla bağlı araşdırmalar aparılır.

Elvin Nüsrətoğlu, Elşad Mətləboğlu
www.oxu.az

Bizimlə əlaqə saxlayın

Digər Cəmiyyət xəbərləri